Azərbaycan nefti bahalaşıb 

11:38 04.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən həftə ərzində (27 aprel – 1 may) dünya bazarında "Azeri Light" (CIF) markalı neft 8%-dən çox bahalaşıb.

Hafta.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 1,5 ABŞ dolları və ya 8,2% artaraq orta hesabla 19,8 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 23,51 dollar təşkil edib, ən minimal göstərici isə 16,25 dollar səviyyəsində olub.